Play Store

Salyanın təsərrüfat sahibləri 494 baş yeni cins mal-qara alıblar

Salyanın təsərrüfat sahibləri 494 baş yeni cins mal-qara alıblar
13:03 23 Aprel 2015
316 Ölkə
Ölkə mətbuatı
A- A+


Salyan, 23 aprel, Mahir Babayev, AZƏRTAC
İribuynuzlu heyvanların cins tərkibini yaxşılaşdırmaq, bu sahənin inkişafına nail olmaq məqsədilə salyanlı təsərrüfat sahibləri “Kənd təsərrüfatı ilində” 494 baş yeni cins mal-qara alıblar.
Bir neçə gün əvvəl dövlət dəstəyi ilə Almaniyadan alınıb rayona gətirilən Holşteyn-friz cinsli südlük heyvanlar yerli mühitə tez uyğunlaşır. Bu cins inəklər gün ərzində 30-35 litr süd verir, bir illik erkək danaların diri çəkisi isə 350-500 kiloqrama çatır.
AZƏRTAC xəbər verir ki, yeni alınan cins heyvanlardan yüksək nəticə əldə etmək üçün rayonun Kürqaraqaşlı kəndindəki mövcud heyvandarlıq təsərrüfatında müasir tələblərə cavab verən 3 ferma inşa olunub. Bundan əlavə, heyvanları keyfiyyətli yemlə təchiz etmək üçün yem ehtiyatı da əvvəlcədən tədarük edilib.
Ümumiyyətlə, son 3 ildə salyanlı fermerlər dövlət dəstəyi ilə xarici ölkələrdən 2 min başa yaxın ətlik və südlük cins inək alıblar. Həmin heyvanların hər birindən ildə 7 min tondan çox süd tədarük edilir. Bu da yerli heyvanların məhsuldarlığından 5 dəfə yüksəkdir. Yeni komplekslərdə heyvanların avtomatik üsulla sağılması da süd istehsalının artırılmasına səbəb olur.
Bu sahənin rentabelliyini daha da artırmaq və sürətli inkişafına nail olmaq üçün rayonun təsərrüfat sahibləri yeni cins heyvanlar almaqla yanaşı, süni mayalanma yolu ilə də heyvanların cins tərkibini yaxşılaşdırırlar. Təkcə ötən il süni mayalandırma yolu ilə 1500 başa yaxın cins buzov doğulub. Bunun da 614-ü xaricdən alınıb gətirilən mayalardan əldə edilib.
Qeyd edək ki, hazırda Salyanda 68 min başdan çox mal-qara var.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Salyanin_teserrufat_sahibleri_494_bas_yeni_cins_mal_qara_aliblar-849005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR