Aşığı toyda döydülər - VİDEO

Aşığı toyda döydülər - VİDEO
14:05 23 Aprel 2015
165 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda aşıq toyda döyülüb. Anspress-in məlumatına görə, bu iddianı ANS-də yayımlanan “Adam içində” verilişinin qonağı olan aşıq irəli sürüb. O, Azərbaycanda fəaliyyət göstərən şadlıq saraylarından birində döyüldüyünü deyir.

Aşığın sözlərinə görə, hadisə şadlıq sarayının həyətində baş verib: “Toy zamanı məclisdə iştirak edən bir nəfər mənə yaxınlaşaraq Röyanın mahnısını sifariş etdi. Mahnını ifa etməyəcəyimi onun diqqətinə çatdırdım. Bundan sonra bir qrup şəxs məni şadlıq sarayının həyətinə dəvət edərək güc tətbiq etdi. Bu yetərli olmamış kimi sazımı da sındırdılar. Bununla yanaşı, mənə vəd olunan 300 manat qonorarı da vermədilər”.

7-8 ildir ki, bu sənətlə məşğul olduğunu deyən aşıq 5 ildir ki, el şənliklərində çıxış etdiyini bildirib. Döyüldüyü toy isə onun tanışı Fərahim adlı şəxs tərəfində danışılıb.

Studiya dəvət olunan Fərahim aşığın dediklərini təsdiqləyib. Fərahim ANS-in birbaşa efirində söz verib ki, baş verən anlaşılmazlıq tezliklə müsbət bir şəkildə həll olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото


фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR