Azərbaycan parlamentinin üzvləri Qazaxıstanda prezident seçkilərini müşahidə edəcəklər

14:07 23 Aprel 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 14:03 ]


Bakı-APA. Azərbaycan parlamentinin üzvləri Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün bu ölkəyə gedəcəklər.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, millət vəkilləri Musa Quliyev, Ayaz Orucov, Çingiz Qənizadə, Sədaqət Vəliyeva, Rüfət Quliyev və Milli Məclis sədrinin köməkçisi Aydın Cəfərov Qazaxıstanın müxtəlif şəhərlərində seçkiləri müşahidə edəcəklər. Səfər aprelin 24-dən 29-dək davam edəcək.

 

Qeyd edək ki, aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380899

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR