Qardaşlaşmış məktəblər onlayn müzakirə keçirib (FOTO)

Qardaşlaşmış məktəblər onlayn müzakirə keçirib (FOTO)
14:13 23 Aprel 2015
286 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər "layihəsinin iştirakçıları olan Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin və Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseyin şagirdləri birgə onlayn dəyirmi masa keçiriblər.

Fonddan Trend-ə verilən məlumata görə, dəyirmi masada məktəblilər Əbdurrəhim bəy Haqverdiyevin "Mirzə Səfər" əsərini müzakirə ediblər. Şagirdlər onlayn dəyirmi masada qardaş məktəbdən olan yaşıdları ilə maraqlı fikir mübadiləsi aparıblar, hər iki məktəbin şagirdləri əsər barədə öz rəylərini bölüşüblər.

Onlayn müzakirə şagirdlərdə böyük maraq və həvəs yaradıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR