Qadınları öldürüb qara çamadana qoyur - Əhali qorxu içindədir

Moskvanın Lyublino şəhərindəki böyük alış-veriş mərkəzinin yanında polis şübhəli çamadan tapıb.

Metbuat.az "Haberler.com"a istinadla bildirir ki, çamadanın içərisindən sarışın və çılpaq qadın cəsədi çıxıb. Qadının kimliyi və üzərində heç bir sənəd çıxmayıb. Onun necə öldüyü də məlum olmayıb.

Qaynaqlardan verilən məlumata görə, qadının üzərində şiddət və təcavüz izinə rast gəlinməyib.

Qeyd edək ki, Moskvada 3 həftə öncə də eyni cür hadisə yaşanmışdı. Yenə qara çamadanda 18-25 yaş aralığında çılpaq qadın cəsədi tapılmışdı. Bu cür hadisələrin ard-arda yaşanması əhalini qorxuya salıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR