Bakıda metroda sevgilisini bıçaqlayan şəxs tutuldu

Bakıda metroda qadını bıçaqlayan şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan trend.az-a verilən məlumata görə, Bakı Metropoliteninin "Nəsimi" stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Elnarə Baloğlan qızını bıçaqlayan 1972-ci il təvəllüdlü Abdullayev Vahid İnqilab oğlu şübhəli şəxs qismində saxlanılıb.

Məlumatda bildirilir ki V.Abdullayev E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında 1972-ci il təvəllüdlü Quliyeva Elnarə Baloğlan qızı naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb.

Həmin şəxs polislərin hadisə yerinə gəldiyini görərək hadisə yerindən qaçmağa cəhd edib.

İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR