Putinə yeni böyük zərbə

Putinə yeni böyük zərbə
14:16 23 Aprel 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

Litva prezidenti xanım Dalia Qribauskayte Moldovaya səfəri zamanı maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, o deyib ki, Moldova Rusiyaya qarşı dayana bilər. Belə ki, sabitlik və qanunun aliliyi Moldovanın Moskvanın təzyiqinə duruş gətirməsinə kömək edəcək.

Kremlin tənqidçisi kimi tanınan xanım prezident sonra Azadlıq Radiosunun Moldova xidmətinə bildirib ki, korrupsiyaya uğramış bəzi oliqarxlar hökumətə, mediaya qarışıb, bu, istənilən dövlət üçün yaxşı hal deyil. Belə dövlətə iqtisadi sanksiyalarla təsir göstərmək çox asandır.

Onun sözlərinə görə, Litvanın enerji sektoru son 25 ildə Moskvanın “böyük kampaniyalarına” məruz qalıb: "Qaz idxalı Rusiyanın "Qazprom" şirkətindən asılı olan Litva ötən il maye təbii qaz (LNG) terminalı tikib. Bu gün deyə bilərik ki, çox sağ olun, "Qazprom" bizə lazım deyil.”
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=339886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR