Azərbaycan Kubokunda 25-ci heç-heçə

Azərbaycan Kubokunda 25-ci heç-heçə
14:17 23 Aprel 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları bir neçə yubileylə əlamətdar olub. Fanat.az xəbər verir ki, Zaqatalada “Simurq”la qarşılaşan “Qarabağ” kubok tarixində 25-ci heç-heçəsinə imza atıb. 

Qolsuz bərabərliyədək keçirdiyi 121 matçda 24 dəfə heç-heçə edən Ağdam təmsilçisi “sülhsevərlik”də yalnız “Neftçi”dən geri qalır. Bakılıların hesabında 30 heç-heçə var. Bu qarşılaşma “Simurq”un ev oyunu olub.


“Neftçi”nin hücumçusu Nikolas Kanalesin qolu “ağ-qaralar”ın səfərdə 90-cı qolu olub. Paytaxt təmsilçisi bu göstəricidə rekordçudur. Bu həm də “İnter”in kubokda evdə buraxdığı 30-cu top olub. Sonuncular 38 qarşılaşmada 74 dəfə fərqlənib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-kubokunda-25-ci-hec-hec-t40194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR