Fatih Portakal İslam dininə sahib çıxdı (FOTO)

Fatih Portakal İslam dininə sahib çıxdı (FOTO)
04:41 13 Yanvar 2015
169 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış jurnalisti, “FOX-TV Türkiyə” kanalı əsas xəbər buraxılışının aparıcısı Fatih Portakal İslam dinini müdafiə edib. ANS PRESS-in xəbərinə görə, Portakal “FOX-TV”nin sahibi, məşhur media maqnatı Rupert Murdokun müsəlmanlar barədə dediyi sözlərə kəskin etirazını bildirib.

Məlumata görə, Parisdə baş verən terror hadisəsinə görə müsəlmanları ittiham edən Murdokun sosial şəbəkədə yazdığı ismarış etirazla qarşılanıb.

“Müsəlmanların əksəriyyəti sülh tərəfdarı ola bilərlər. Amma daxillərində böyüyən cihad xərçəngini görüb yox edənə qədər onlar məsul sayılmalıdır” – deyə media maqnatı yazdığı tvitdə bildirib.

Türkiyəli jurnalist Fatih Portakal isə, çalışdığı yerin sahibinə tvittertdə cavab verib:

“Şalışdığı şirkətin sahibinin sözlərini dəstəkləmirəm. Müsəlmanam və terrorun sivilizasiyaya qarşı bir cinayət olduğunu bilirəm. Dinlə, irqlə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, Fatih Portakal daha əvvəl aparıcılıq etdiyi proqramlardan birində, “Bu ölkə İslamdan və islamçılardan çox çəkdi” – deyərək müsəlmanları hiddətləndirmişdi.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR