Baş nazir canlı yayımda çaş-baş qaldı

Baş nazir canlı yayımda çaş-baş qaldı
14:21 23 Aprel 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Baş naziri Devid Kemeron ölkə vətəndaşlarını təəcübləndirib. O, seçkiqabağı kampaniyası çərçivəsində BBC-yə verdiyi müsahibədə ölkədə minimum yaşayış səviyyəsinin nə qədər təşkil etdiyini bilməyib.

ANS PRESS-in məlumatına görə, dinləyicilərdən biri baş nazirdən soruşub ki, o, minimal maaş ilə yaşaya bilərmi? Aparıcı isə öz növbəsində dəqiqləşdirib: "Kemeron minimal maaşın nə qədər olduğunu bilirmi?"

Hökumət başçısı "bu, müxtəlif sahələrdə müxtəlif cürdür. Mən bu rəqəmləri başımda saxlamıram",- deyə cavab verib.

Leyboristlər Partiyasının kölgə kabinetində biznes və sahibkarlıq işləri üzrə naziri Çuka Umunn bunu belə şərh edib: "Devid Kemeron nümayiş etdirib ki, o, real həyatdan tamamilə uzaqlaşıb. Təəccüblü deyil ki, Tori (Kemeronun ləqəbidir) üçün heç nə, o cümlədən işləyən fəhlələr maraqlı deyil."

Ümumiyyətlə, Londonda yaşam minimumu saata 9,15 funt sterlinq, Böyük Britaniyanın qalan hissəsində isə saata 7,85 funt sterlinq təşkil edir.

Xatırladaq ki, Böyük Britaniyada ümumi seçkilər mayın 7-də keçiriləcək. Əsas rəqiblər konservatorların lideri Devid Kemeron və leyboristlərin lideri Eda Milliband ictimai rəy sorğularının nəticəsinə görə praktik olaraq eyni səsə malikdilər. Bu isə təkbaşına hökumət yaratmaq üçün əsas yaratmır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=339855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR