Mayın 2-də Almaniyada - 10 RAUND

Mayın 2-də Almaniyada  - 10 RAUND
13:22 23 Aprel 2015
111 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 2-də Almaniyada Heydər Əliyevin 92 illiyinə həsr olunan peşəkar boks yarışı keçiriləcək.

Fanat.az xəbər verir ki, "Qəbələ" klubunun boksçusu Fariz Məmmədov yarış çərçivəsində WBO versiyası üzrə reyitnq döyüşü keçirəcək.

Onun rəqibi belarus idmançısı Andrey Abramenkodur. Döyüş 10 raunddan ibarət olacaq.

Fariz Məmmədov bu gün mətbuat üçün keçirdiyi açıq məşqdən sonra jurnalistlərə bildirib:


"İndiki rəqibimin böyük qardaşı Aleksandr Abramenko ilə qarşılaşmışam və qalib gəlmişəm. Bilirəm ki, Andrey məndən qardaşının qisasını almağa çalışacaq. Ona görə də bu idmançı ilə döyüşmək istəməzdim. Amma seçimi mən etmirəm”.

Boksçumuz  səfər qarşılaşmalarında daha rahat döyüşdüyündən də danışıb: “Ölkə xaricində döyüşəndə özümü çox rahat hiss edirəm. Azərbaycanda döyüşəndə çox vaxt bəxtim gətirməyib".

Xatırladaq ki, Fariz Məmmədov 2013-cü ildə WBO versiyasının reytinq xarakterli döyüşündə Andrey Abramenkonun böyük qardaşı Aleksandr Abramenkoya nokautla qalib gəlib.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mayn-2-d-almaniyada-t40196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR