Azərbaycan Çindən 112 adda yeni yol texnikasi və maşın-mexanızmlər alıb - FOTOLAR

Çin Xalq Respublikası hökumətinin Azərbaycan hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikasi və maşın-mexanızmlər verilib.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq keçirilən mərasimdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbər şəxsləri, Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua və səfirliyin əməkdaşları, həmçinin Azərbaycan Nazirlər Kabinetinin məsul şəxsləri iştirak ediblər.

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iki ölkə arasında olan yaxın münasibətlərdən danışıb və son illər ərzində texniki yardımlar çərçivəsində Çindən yol təsərrüfatında istifadə edilən 239 adda maşın-mexanizm və texnika alındığını bildirib. Saleh Məmmədov yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin ğörülməsi üçün nəzərdə tutulan bu texnikaların Azərbaycana verilməsini heç şübhəsiz hər iki dövlət arasında olan dostluq, strateji əməkdaşlığın əyani sübutu olduğunu deyib və bu kimi texniki yardımların iki ölkə arasında olan münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxardığını əlavə edib.

Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua da iki ölkə arasında olan dostluq münasibətlərdən söz açıb və bu il ərzində Çindən Azərbaycana 100-dən artıq artıq yol istismarı, təmiri və tikinti texnikalarının çatdırıldığını qeyd edərək, bu cür texniki yardımların növbəti illərdə də qardaş və dost ölkə olan Azərbaycana davam etdiriləcəyini deyib.

Daha sonra təhvil-təslim aktı imzalanıb. Aktı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua imzalayıblar.

Havanın temperaturu aşağı düşəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR