Anası əzabla öldürülən qadın şaqqalandı

ABŞ-ın Nyu-York şəhərinin Bronks səmtində şaqqalanmış cəsədi tapılan Layza Mariya Velaskesin qətli ilə bağlı təfərrüat bəlli olub.

Metbuat.az milli.az-a istinadən xəbər verir ki, 24 yaşlı Layzanın qətli ilə bağlı onun yaxın rəfiqəsi, 30 yaşlı Kyara Martines və onun məşuqu, 31 yaşlı Dakkan Uiler həbs olunublar.

D.Uiler 2002-ci ildə 6 dəfə həbs olunmuşdu. Daha sonra isə o, quldurluq və qarətdə suçlanaraq azadlıqdan məhrum olunmuşdu.

Polisdən verilən məlumata görə, Uiler və Martines mənzildə dava ediblər. Döyülən Kyara rəfiqəsi Layzaya zəng vuraraq yardım istəyib. Layza Mariya Velaskes də dərhal rəfiqəsi Kyaranın mənzilinə yollanıb.

Mübahisə və münaqişə qızışıb, Uiler çəkiclə Layza Velaskesə dəfələrlə zərbələr endirərək qadını qətlə yetirib.

Layzanın öldüyünü görən Dakkan və Kyara qadının cəsədini şaqqayalaraq parçalara ayırıblar, 3 politeliten paketə yığıblar və Bronksdakı iki parka tullayıblar.

2006-cı ildə Layza Mariya Velaskesin gözləri qarşısında onun hamilə anası Merilin Cinel bıçaqlanaraq qətlə yetirilmişdi. Qadını qeyri-rəsmi nikahdakı əri Robert Kokli öldürmüşdü.

Merilini öldürəndən sonra Kokli 12 yaşlı Layzaya, onun bacısına və qardaşına tərəf dönərək demişdi: “Ananızı öldürdüyümü bir adama desəniz, siz də öləcəksiniz”.

Havanın temperaturu aşağı düşəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR