Azərbaycanlı jurnalist vəfat etdi

Azərbaycanlı jurnalist vəfat etdi
14:22 23 Aprel 2015
315 Digər
Ölkə mətbuatı
A- A+

"Yeni Müsavat" qəzetinin sabiq əməkdaşı Nərgiz Yaqublu Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.

O, xeyli müddət idi ki, gənc yaşında yoluxduğu ağır xəstəlikdən müalicə olunurdu və durumu kritik vəziyyətdə idi. Nə yazıq ki, bu gənc, gözəl, bu gün-sabah ana olacaq xanım ağır xəstəliyə qalib gələ bilmədi və bütün sevənlərini, dostlarını, iş və əqidə yoldaşlarını qəhərə boğdu.

Artıq sosial şəbəkədə yüzlərlə istifadəçi Nərgizin vaxtsız vəfatından üzüntüsünü dilə gətirir, bu ağır xəbəri və kədəri bir-birilə paylaşırlar.

musavat.com


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/336088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR