Play Store

Azərbaycan samboçuları Avropa birinciliyində altı medal qazanıblar

Azərbaycan samboçuları Avropa birinciliyində altı medal qazanıblar
13:23 23 Aprel 2015
115 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənclər arasında keçirilən sambo üzrə Avropa birincliyində Azərbaycan millisi 6 medal qazanıb.
Milli komandanın baş məşqçisi Yaqub Abdullayev AZƏRTAC-a bildirib ki, turnirdə yeniyetmələr arasında Rəşad Dünyamalıyev (52 kq) qızıl, Namiq Abbaslı (56 kq) gümüş, Eyvaz Baxşıyev (48 kq) və Elvin Cəlilov (70 kq) bürünc medal qazanıblar.
Gənclərin mübarizəsində isə Kamran Əsgərov (62 kq) ermənistanlı rəqibi Volodya Sarkisyana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yer alıb. Fərid Qardaşxanov (57 kq) isə birinciliyi üçüncü pillədə başa vurub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sambochulari_Avropa_birinciliyinde_alti_medal_qazaniblar-849011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR