Futbol sayəsində milyoner olan qadın - FOTOLAR

O, futbol sayəsində milyoner olan tək-tük qadınlardandır.

Metbuat.az yenicag.az-a istinadən xəbər verir ki, söhbət ingiltərəli 3 uşaq anası Karolyn Radforddan gedir.

İngiltərənin “Mansfild Taun” klubunun icraçı direktoru olan 36 yaşlı Radford hazırda dəyəri 8,3 milyon funt-sterlinq olan malikanədə yaşayır.

Futbol sahəsində ölkəsinin yeganə qadın icraçı direktoru olan Radfordun 52 yaşlı Con Radfordla birgə yaşadığı malikanənin təmiri 5 il çəkib. 10 otaqdan ibarət olan villa 19-cu əsrə aiddir.

Qeyd edək ki, “Mansfild Taun” hazırda İngiltərənin ikinci liqasında çıxış edir. Lakin icraçı direktor komandasını Premyer Liqaya yüksəltməyi qarşına məqsəd qoyub.

Havanın temperaturu aşağı düşəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR