Yeni nəsil şəxsiyyət vəsiqələri Azərbaycanda

Yeni nəsil şəxsiyyət vəsiqələrinə keçid Azərbaycanda kibertəhlükəsizliyin səviyyəsinin daha da artmasına xidmət edəcək.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, elektron imza sertifikatlarının yeni şəxsiyyət vəsiqələrinə inteqrasiyası mütərəqqi addımdır:

“Bu, vətəndaşlara elektron hökumət xidmətlərinə sərbəst şəkildə müraciət etməyə imkan verəcək. Bu isə çox vacibdir. Vətəndaşlardan elektron imza sertifikatları və autentifikasiya əldə etmək tələb olunmayacaq. Bu addımı mütərəqqi hesab etmək olar. Hesab edirəm ki, yeni şəxsiyyət vəsiqələrinə keçid ölkədə kibertəhlükəsizliyin səviyyəsinin daha da artmasına xidmət edəcək”.

Havanın temperaturu aşağı düşəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR