"Ermənistan müdafiə nazirliyi ilə bağlı cinayət işləri mövcuddur"

"Ermənistan müdafiə nazirliyində aparılacaq yoxlamaların bir neçə aylıq təxirə salınmasına dair qərar qəbul edilib".

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın dövlət nəzarəti xidmətinin rəisi Davit Sanasaryan vəzifəyə təyinatının 100 günlüyü ilə əlaqədar hesabat verərkən bildirib.

O, səfərəbərlik prosesinin öyrənilməsi və bu prosesin başqa cür keçirilməsinə dair yeni təkliflər olduğu deyib.

"Korrupsiya risklərinin azaldılmasına xidmət edəcək bəzi yeni mexanizmlərin təklif edilməsini nəzərdə tutmuşuq. Səfərəbərliyin başqa cür keçirilməsinə dair yeni təkliflər mövcuddur. Bu barədə qarşıdakı günlərdə müdafiə nazirliyi ilə müzakirələr keçiriləcək. Növbəti çağırışadək yeni mexanizmin qüvvədə olacağına ümid edirəm", - deyə o qeyd edib.

Ermənistan müdafiə nazirliyində nəzərdə tutulan yoxlamaların keçirilməsinə dair verdiyi vədinə gəldikdə isə Sannasaryan bildirib ki, ilkin araşdırmalara müdafiə nazirliyinə getməmişdən öncə başlayıblar.

O, artıq bəzi qurumların müəyyən faktların aşkarlanması ilə məşğul olduqlarına görə rəhbərlik etdiyi qurumun müdafiə nazirliyində olmasını uyğun hesab etmədiyini bildirib. Sanasaryan qeyd edib ki, müdafiə nazirliyi ilə bağlı cinayət işləri mövcuddur və buna görə də bir neçə ay gözləməli olacaqlar.

Azərbaycan Rusiyaya meyvə ixracını 71% artırıb - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR