Robert Prosineçki Azərbaycan milli komandasının növbəti rəqibini açıqlayıb

Robert Prosineçki Azərbaycan milli komandasının növbəti rəqibini açıqlayıb
13:27 23 Aprel 2015
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Serbiya yığması ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib. Bu barədə "Report"a millinin baş məşqçisi Robert Prosineçki məlumat verib. 
Onun sözlərinə görə, görüş iyunun 7-də yığmanın Avstriya toplanışı çərçivəsində baş tutacaq. R.Prosineçki məhz Serbiyanın rəqib seçilməsinin səbəbini də açıqlayıb: "İyunun 12-də Norveç millisi ilə AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcəyik. Rəqib güclü komandadır. Bilirəm ki, bizi çətin oyun gözləyir. İstəyim o idi ki, Norveçlə oyundan öncə güclü rəqibə qarşı yoldaşlıq görüşü keçirək. Artıq Serbiya ilə oynayacağımız dəqiqləşib. Komandamın güclü rəqiblərə qarşı oynamasını istəyirəm. Çünki belə oyunlarda çox şey görmək olur". 
Qeyd edək ki, yoldaşlıq görüşünün stadionu və saatı hələlik açıqlanmır. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-yigmasinin-serbiya-ile-yoldasliq-gorusu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR