Məktəblilər arasında karate üzrə zona yarışı keçirilib

Məktəblilər arasında karate üzrə zona yarışı keçirilib
14:34 23 Aprel 2015
118 İdman
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda məktəblilər arasında karate idman növü üzrə zona yarışı keçirilib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində keçirilən yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən zona yarışına Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron rayonlarının və Sumqayıt şəhərinin komandaları qatılıblar. Yarışda 200 nəfərdən artıq idmançı karatenin Şotokan növü üzrə 6 yaş qrupu, 12 çəki dərəcəsində və Qocyu-ryu növü üzrə 7 yaş qrupu, 14 çəki dərəcəsində mübarizə aparıblar.

 

Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xaçmaz, 2-ci yeri Sumqayıt, 3-cü yeri Xızı, Qocyu-ryu növü üzrə 1-ci yeri Xaçmaz, 2-ci yeri Quba, 3-cü yeri Qusar rayonunun komandaları tutublar. Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim olunub. I Avropa Oyunları ərəfəsində ölkədə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları aprelin 21-də başlayıb və mayın sonunadək davam edəcək. Son 3 gün ərzində Şirvanda güləş, Astarada atletika, Xaçmazda karate və Tovuzda voleybol üzrə zona yarışları keçirilib. Hər zona yarışında ətrafdakı 10-dək rayonun komandaları iştirak ediblər.

 

Bütün bölgələri əhatə edən yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub. Zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR