FIFA Cavid İmamverdiyevə qadağa qoya bilər

FIFA Cavid İmamverdiyevə qadağa qoya bilər
13:42 23 Aprel 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

"Elazığspor" Cavid İmamverdiyevdən FIFA-ya şikayət edib. Fanat.az хəbər verir ki, bu barədə klubun prezidenti Selsuk Öztürk açıqlama verib.


Klub rəhbəri bildirib ki, "Neftçi"dən icarəyə götürdükləri futbolçu düşərgəni özbaşına tərk edib: "Onunla bağlı artıq FIFA-ya müraciət etmişik. Cavidi həm pul cəzası, həm də bir illik transfer yasağı gözləyir".


Qeyd edək ki, yayda "Elazığspor"a icarəyə verilən Cavid türk klubunda 20 oyun keçirib, 1465 dəqiqə oynayıb və 2 qol vurub. Bir müddət əvvəl komandanın sabiq baş məşqçisi Ümit Özat onu heyətdən kənarlaşdırmışdı.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-cavid-mamverdiyev-qadaa-qoya-bilr-t40198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR