“Survivor”da iştirakçılardan qalmaqallı hərəkət

“Survivor”da iştirakçılardan qalmaqallı hərəkət
14:46 23 Aprel 2015
49 Şou
Ölkə mətbuatı
A- A+

İngiltərənin “Survivor” yarışmasında qalmaqal yaşanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kişilərin komandası nəsli kəsilməkdə olan timsahı bişirib yeyib. Təbiətdə çox nadir hallarda rast gəlinən heyvanın Amerika timsahı olduğu və onların ovlanmasının qadağan edildiyi üzə çıxıb. Yarışmanın yayımlandığı “Chanel 4” kanalı məsələ ilə bağlı mətbuat konfransı keçirib. Məsul şəxslər hadisədən peşman olduqlarını dilə gətiriblər:
 
“Çəkilişdən əvvəl adada yaşayan bütün heyvan növlərini öyrənmək üçün mütəxəssislərlə məsləhətləşdik. Ancaq Amerika timsahının həmin ərazidə yaşamasından xəbərsiz olmuşuq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR