Şabranda zəhərlənənlər eyni ünvanda hisə verilmiş balıq məhsulu alıblar - AQTA

Şabran rayonunda baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan ilkin araşdırmalar zamanı zəhərlənənlərin eyni ünvanda hisə verilmiş balıq məhsulu aldıqları və həmin məhsulların Şabran rayonunda yerləşən, Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub.

Bu barədə Metbuat.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, sentyabrın 4-də gecə saatlarında Qida Təhlükəsizliyi Agentliyinə Şabran rayonunda baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub. Agentliyin mütəxəssislərindən ibarət işçi qrup hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə ezam olunub.

İlkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olub: “Dörd nəfərdən ibarət birinci qrup Şabran rayonu, Nizami küçəsində Məcidov Fuad Akif oğlu tərəfindən satılan hisə verilmiş balıq məhsulunu aldıqdan və qəbul etdikdən sonra həmin şəxslərdə qida zəhərlənməsi əlamətləri müşahidə olunub və qida zəhərlənməsi diaqnozu ilə Şabran rayonu xəstəxanasına yerləşdirilib. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Bakı şəhərində yerləşən Klinik Tibbi Mərkəzə köçürülüb. Hazırda həmin dörd nəfərdən ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Digər üç nəfərdən ibarət qrup da eyni ünvandan hisə verilmiş balıq məhsulundan almış, qəbul etdikdən sonra bir nəfər qida zəhərlənməsi diaqnozu ilə Şabran rayonu xəstəxanasına, daha sonra isə Klinik Tibbi Mərkəzə yerləşdirilib”.

Hazırda AQTA mütəxəssisləri Baş Prokurorluğun əməkdaşları ilə birgə araşdırmaları davam etdirir.

Agentlik bəyan edir ki, qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən monitorinqlər və yoxlamalar zamanı Bakı ətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında sanitar-gigienik tələblərə cavab verməyən, ev şəraitində kustar üsulla balıqların hislənməsi halları aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığı üçün ciddi fəsadlar törədə, hətta əhali arasında ölmlə nəticələnə biləcək hallara səbəb ola bilər. Bildirilir ki, Agentlik tərəfindən bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR