Avropalı qızların Bakı həyəcanı (FOTO)

Avropalı qızların Bakı həyəcanı (FOTO)
14:51 23 Aprel 2015
135 İdman
Ölkə mətbuatı
A- A+

Samboçuların Bakı-2015 Avropa Oyunlarından gözləntiləri əsəbilikdən həyəcan hisslərinə kimi müxtəlifdir və əksər oyunçular Bakı-2015-in, 14-18 may tarixlərində Xorvatiyada keçiriləcək Avropa Çempionatından daha vacib olacağını deyir.

ANS PRESS-in məlumatına görə, bir qrup samboçu Bakı-2015 Avropa Oyunları barədə öz təəssüratını bölüşüblər.

Rumıniyalı samboçu Natalia Bueanu belə dedi: "Avropa Oyunları barədə fikirləşəndə mən əlbəttə ki, həyəcanlanıram. Bu, mövsümün ən ciddi yarışıdır və mən qızıl medal qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Turnirdə ən yaxşı şəkildə fiziki hazırlıqlı olaraq çıxış etməyə çalışırıq."

Belorusiyalı samboçu Stsipan Papou öz həyəcanını belə dilə gətirdi: "Hal-hazırda bütün məşqçilər Bakı-2015-ə görə çox həyəcan keçirir. Mən, əslində, bu turnirin nə cür olacağını bilmirəm. Bəlkə də onu dünya çempionatı ilə müqayisə etmək olar."

Lakin o, həm də Avropa Oyunlarının ilin əsas məsələsi olduğunu da əlavə etdi: "Mənim hazırlığım, bütün təlimlər yalnız Avropa Oyunlarına həsr olunub. Dünya Kubokları və hətta Avropa Çempionatı buna hazırlıq yarışlarıdır."

Rumıniyalı qadın samboçu Daniela Hondiu, Papounun fikiri ilə razıdır: "Oyunlar mənim üçün çox vacibdir və ilin əsas yarışıdır. Mən hətta Avropa Çempionatını bu tədbir üçün hazırlıq mərhələsi kimi sayıram."

Belarus idmançısı Tatsiana Matsko sambo yarışlarının rəqabət baxımından çox gücləndiyini qeyd etdi. “Demək olar ki, hər ölkədən olan idmançılarla mübarizə aparmaq get-gedə daha da çətinləşir. Turnirlərin sayı çoxdur və hər kəs mübarizə apararaq təcrübə qazanmaq istəyir,” - deyə Matsko bildirdi və belə əlavə etdi: "Əgər qalib gəlmək istəyirsənsə, təmkinli olmalı və addımbaaddım hazırlaşmalısan. Əlbəttə ki, bu böyük bir turnirdir və məqsədim qızıl medal qazanmaqdır."

Samboçuları Bakıda döşəkcədən kənarda da böyük imkanlar gözləyir. “Bu, hər şeyin çox böyük təəssürat doğurduğu Universiade kimi böyük bir turnirdir. Ona görə də bu oyunların da həqiqətən yüksək səviyyədə keçiriləcəyinə inanıram" - deyə latviyalı samboçu Arturs Çerņavskis bildirdi.

Hondiou belə danışdı: “Bu mənim Azərbaycanda ilk çıxışımdır. Mən insanların döyüş idman növlərini sevdiklərini və idman sahəsində çox güclü bacarıqlarının olduğunu bilirəm. Stadionda çoxsaylı azarkeş və seyirçilərin bizə dəstək vercəyinə ümid edirəm."

Belarus idmançısı Katsiaryna Prakapenka bu fikirdədir: "Avropa Oyunları mənim üçün çox yenidir. Mən seyirçilər arasında çoxsaylı dostlarla və gərgin keçən yaxşı döyüşlərlə qarşılaşacağıma inanıram. Bakıda bir dəfə olmuşam. Gözəl şəhərdir, lakin onun tarixini görməyə bir gün kifayət etmir. Mən daha çox şey görməyə ümid edirəm."

Moldovalı Anna Repida xüsusən də rusiyalı idmançıların güclü rəqib olacağına inanır: "Hiss edirəm ki, rusiyalı rəqiblərim mənimlə görüşə hazırlaşırlar və ona görə də fiziki cəhətdən böyük görüşlərə hazır olmaq üçün fəndlər üzərində çox işləməliyəm. Əminəm ki, bu turnir çox yüksək səviyyədə keçiriləcək."

Fransalı samboçu Estelle Friquin belə danışdı: “Bu, mənim üçün çox böyük bir sınaq olacaq. Komandada olan hər kəslə sevinci paylaşmaq qeyri-adi olacaq".

Belarus idmançısı Alesia Staraverava bunları dedi: "Ümidvaram ki, mən bu Oyunlar zamanı ən üstün nəticə sərgiləyəcəyəm. Bilirəm ki, Avropa Oyunları hər bir idmançı üçün çox vacibdir".





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=339859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR