Neftçilər prospektində tıxac yaradan yolda təmir başa çatdı

Bakının Neftçilər prospektində dəmir yolunun çıxarılması və yolun təmiri prosesi başa çatıb.

Metbuat.az trend.az-a istinadən xəbər veri ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, artıq ərazidən keçən istifadəsiz dəmir yolu xətti tam sökülüb: "Dəmir yolu xəttinin çıxarıldığı yer asfalt örtüklə döşənib, yolun nişanlanması prosesi də başa çatıb. Ərazi tam olaraq sürücülərin istifadəsinə verilib".

Xatırladaq ki, bir-neçə gün əvvəl Neftçilər prospektindən keçən istifadəsiz dəmir yolu xəttinin sökülməsinə başlanılmışdı. Yolda avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırıldığından, bu da prospektdə tıxaca səbəb olmuşdu.

Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR