Natavan Həbibi toydan 5 ay sonra ayrıldığı əri ilə BARIŞDI

Şəxsi həyatını mətbuatdan gizlətməyə çalışan, Dado (Səid Əliyev) ilə gah ayrılıb, gah barışan Natavan Həbibi həyat yoldaşı ilə əl-ələ foto çəkdirib.

Metbuat.az xəbər verir ki, fotonu reper Elşad Xose "İnstagram"da paylaşıb. Fotoda yer alan məşhur cütlüyün səmimi və xoşbəxt pozası diqqət çəkib.

Xatırladaq ki, müğənni N.Həbibi toydan 5 ay sonra S.Əliyevdən ayrıldığını açıqlamışdı. Hətta Natavan ayrı evlərdə yaşadıqlarını bildirmişdi.

Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR