“Azərpoçt”un 4 əməkdaşı işdən çıxıb

“Azərpoçt” MMC-nin bir neçə əməkdaşı işdən çıxıb.

Metbuat.az-ın məlumatına görə, “Azərpoçt” MMC-nin Risklərin idarə edilməsi şöbə rəisi Rauf Dünyamalıyev işdən çıxıb. Bundan əlavə, əməliyyatlar şöbə rəisi Fərid Hüseynov da istefa verib. Qurumun əməkdaşları Aytən Osmanzadə və İlkin Ramazanlı da öz ərizələri ilə MMC-dən ayrılıblar.

Qurumun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq hər bir işçi əmək müqaviləsinin ləğvi üçün öz ərizəsi ilə müraciət edə bilər. Qeyd edilən şəxslər də öz ərizəsi ilə, yeni iş yeri seçdiklərini əsas gətirərək “Azərpoçt” MMC-də tutduğu vəzifələrdən azad olunmalarını xahiş ediblər.

“Azərpoçt” MMC-nin keçmiş əməkdaşları Aytən Osmanzadə 18.05.2018-ci il, İlkin Ramazanlı 06.07.2018-ci il, Rauf Dünyamalıyev isə 03.09.2018-ci iltarixlərində öz ərizələri ilə işdən azad olunublar.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR