Piyadanı vurub 20 metr kənara tulladı - VİDEO

Türkiyənin Bursa şəhərində yolu keçmək istəyən piyadanı maşın vurub.

Metbuat.az "Mynet.com"a istinadla bildirir ki, qəza 18:30 radələrində Bursa-Yalova yolunda meydana gəlib. 54 TY 614 dövlət nişanlı avtomobil əsas yolda qarşıdan-qarşıya keçmək istəyərkən 66 yaşlı Hüseyn Kuşlunu vurub. Hadisə nəticəsində maşın yaşlı adamı 20 metr kənara tullayıb. Onun papağı və eynəyi avtomobilin qırılan şüşəsində sıxışıb qalıb. Hüseyn Kuşlu dərhal xəstəxanaya aparılıb, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Avtomobilin sürücüsü Ali.N saxlanılıb.


"İPhone X"ı blenderdən keçirib suya qatdı və içdi - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR