Play Store

Azərbaycanda ilk: Metro və avtobusda vahid kartdan istifadə olunacaq

Azərbaycanda ilk: Metro və avtobusda vahid kartdan istifadə olunacaq
13:54 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakıda ictimai nəqliyyatda vahid nağdsız ödəniş kartları tətbiq ediləcək

Bakıda ictimai nəqliyyatda vahid nağdsız ödəniş kartları tətbiq ediləcək. “Bakı Metropoliteni” QSC-dən Lent.az-a bildirilib ki,həmin kartdan həm metroda, həm də avtobuslarda istifadə etmək mümkündür. “Vahid kart sisteminə keçmək ölkə rəhbərliyinin tapşırığıdır. Buna nə zamandan keçilməsinə gəlincə, hazırda həmin vaxt dəqiqləşdirilir”.

Hazırda istifadə olunan metro kartlara gəlincə, QSC-dən qeyd edilib ki, bununla bağlı yekin qərar veriləcək və ictimaiyyətə açıqlanacaq.

Bakı Nəqliyyat İdarəsindən Lent.az-a bildirib ki, 95, 52, 25, 1, 6, 14 nömrəli avtobus marşrutlarında gələn aydan nağdsız ödəniş sistemi tətbiq olunacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR