Heç kim yer vermədi, uşağını ayaqüstə əmizdirdi - FOTO

İngiltərədə yaşayan 2 uşaq anası Keyt Hitçens başına gələn üzücü hadisəni sosial media hesabından paylaşıb.

Metbuat.az "Haberler.com"a istinadla bildirir ki, Keyt südəmər övladı ilə qatarla Londondan 35 dəqiqəlik səyahət edib. Bu sırada əlində körpəsi olmasına rəğmən sərnişinlərdən heç biri yerini ona verməyib. Keyt övladını ayaqüstə əmizdirməli olub.

Bundan təsirlənən Keyt Hitçens sosial şəbəkələrdə insanları ictimai nəqliyyatda analara qarşı daha diqqətli olmağa çağırıb:

"Orada əyləşənlərdən mənə yer verməsini istəyə bilərdim. Amma bunu niyə mən etmək məcburiyyətində qalmalıyam ki? Problem körpəmi qucağımda daşımaq deyil, problem məni o vəziyyətdə görüb heç kimin yerini təklif etməməsidir. Növbəti dəfə qucağında körpəsi olan bir ana görsəniz, xahiş edirəm ona yer verəsiniz"- deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR