Paraqvay Qüds qərarından geri çəkildi

Paraqvay mayda Qüdsə köçürülən İsrail səfirliyini yenidən paytaxt Təl-Əvivə köçürəcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Paraqvay xarici işlər naziri Luis Alberto Kastiqlioni deyib. XİN rəhbəri açıqlamasında deyib: “Paraqvay Yaxın Şərqdə geniş, ədalətli və davamlı sülhü təmin etmək üçün regional diplomatik səylərin intensivləşməsinə dəstək vermək istəyir”.

Bu qərardan sonra İsrail hökuməti Paraqvayın səfirliyini bağlamaq qərarı verib. İsrailin Baş Nazirlik ofisindən verilən yazılı açıqlamada deyilir: “İsrail Paraqvay səfirliyini bağlayacaq və səfir məsləhətləşmə üçün çağırılacaq”.

Qeyd edək ki, Paraqvay, ABŞ və Qvatemaladan sonra mayın 21-də səfirliyini Təl-Əvivdən Qüdsə köçürmüşdü.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR