​Dərs ilinin başlanmasıyla bağlı - Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Dərs ilinin başlanmasına çox az müddət qalıb.

Artıq istirahət yerlərindən, bölgələrdən paytaxt istiqamətində gələn avtomobillərin sayı çoxalıb. Bu da yol polisi tərəfindən zəruri tədbirlərin gölüməsinə şərait yaradıb.

“Əməkdaşlarımız Bakı şəhəri üzrə təhlükəsizliyin təmin edilməsi istiqamətində nəzarəti artıq gücləndirib”.

Bu sözləri Metbuat.az-a açıqlamasında akı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, hazırda bütün əməkdaşlar səfərbər edilərək, ərazi üzrə xidmətini davam etdirir:

“Xüsusilə, dayanma, durma, parklanma tələblərini yerinə eytirilməsiylə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırmışıq. Günün istənilən saatında kobud qayda pozuntularına qarşı diqqət artırılıb. Nəinki gündüz, hətta gecə saatlarında belə əməkdaşlarımız tərəfindən təhslükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Bilirsiniz ki, ölkə üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı müsbətə doğru azalır. Bu, Dövlət Yol Polisinin məqsədli və ardıcıl olaraq keçirdikləri tədbirlərin, Yol-hərəkəti haqqında Qanun və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə dəyişikliklərin, həmçinin tədbiq edilən geniş texnlogiyanın hesabınadır. Mövcud şərait deməyə əsas verir ki, yol hətəkətində hər bir hərəkət iştirakçısı başqalarına nümunə göstərilərsə, yəni təhlükəsizlik vərdişlərinin aşılanmasıyla bağlı konkret bilik və bacarığını ortaya qoyarsa, bu, yol mədəniyyətinin formalaşmasıdır. Hesab edirəm ki, nəinki dərs ilinin başlaması zamanı, adi günlərdə belə hərəkət iştirakçıları təhlükəsizliyin ətmin edilməsilə bağlı işlər görməlidir. Ərazilərdə yol polislərinin xidməti gözə çarpır. Bakı şəhər üzrə quraşdırılmış kameraların köməyi ilə hərəkətə nəzarət edir, qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçiririk.

Hər bir avtomobil sürücüsünə müraciət edirəm ki, diqqətli olun. Yola çıxarkən sənədlərin üstünüzdə olub-olmadığını yoxlayın. Avtomobilinizdə təhlükəsizlik kəmərlərndən istifadə edin. Hansısa bir bir manevr edərkən, işıq cıhazlarından istifadə etməyiniz mütləqdir. Sürət həddini aşmayın, ara məsəfəsini saxlayın və diqqətinizi yalnız yol nişanlarında olsun”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sentyabrda turizm - Hazırda vəziyyət necədir? – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR