Yaponiyada güclü zəlzələ - 2 ölü, 125 yaralı

Yaponiyanın şimalında 6,7 bal gücündə zəlzələ baş verib.

Metbuat.az "Posta.com.tr"yə istinadla bildirir ki, zəlzələ Hokkaido adasında meşəlik sahədə çox sayda torpaq sürüşməsinə səbəb olub. Zəlzələ nəticəsində 2 nəfər ölüb, 125 nəfər yaralanıb, 32 nəfər isə itkin düşüb.

Atsuma qəsəbəsi yaxınlarındakı dağdan qopan torpaq kütlələri lava kimi axıb.

Yaponiyada təbii fəlakətlər bitmək bilmir. Xatırladaq ki, bir neçə gündür ki, Yaponiyada dəhşətli qasırğa baş verib. Jebi qasırğası zamanı 11 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR