Ana ögey qızını oğlunun dostlarına meşədə zorlatdırdı - Ağlasığmaz cinayət

36 yaşlı qadın qısqanclığına görə ağılasığmaz əməl törədib.

Metbuat.az milli.az-a istinadla bildirir ki, 9 yaşlı qızı evə gəlməyən ata polisə xəbər verib.

Ötən gün qızın cansız bədəni Hindistanın Baramulla vilayətindəki kolluqdan tapılıb.

Gözləri oyularaq yerindən çıxarılan qızın kütləvi şəkildə zorlanıb öldürüldüyü məlum olub.

Cinayətlə əlaqədər qızın ögey anası, ögey qardaşı və 3 oğlan saxlanılıb.

İstintaq zamanı müəyyən olub ki, qızın ögey anası onu və ərinin keçmiş xanımını qısqandığına görə 9 yaşlı qızı meşəyə aparıb və onu öz oğlu ilə birlikdə dostlarına zorlatdırıb, sonra da öldürüb.

Araşdırma davam etdirilir. Qadını uzunmüddətli həbs cəzası gözləyir.

Sabaha olan HAVA PROQNOZU AÇIQLANDI - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR