Kür çayında naməlum kişi meyiti aşkar edilib

Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində avqustun 29-da batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları aparılan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür. Axtarışlar davam etdirilir.

Sabaha olan HAVA PROQNOZU AÇIQLANDI - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR