Gündən-günə cavanlaşan Flora Kərimovadan xanımlara təsirli MESAJ - FOTOLAR

Xalq artisti Flora Kərimova hesab edir ki, qadının gözlərindəki parıltı onun sahib olduğu ən dəyərli sərvətdir.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə olduqca aktiv olan sənətkar izləyicilərini darıxmağa qoymur. Yeni şəkillərini tez-tez instaqraqmda paylaşan ulduz gündən-günə cavanlaşması ilə diqqət çəkir, eyni zamanda maraqlı fikirlərini bölüşür.

“Qayınana” filminin müasir versiyası ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşan bənzərsiz səs sahibi xanımlara məsləhət verib:

“Tuşla uzun kirpikləri boyamaq, göz qapaqlarına tünd kölgələr çəkmək, dodaqları haşiyəyə alıb rəngləmək olar. Lakin gözlərdəki xoşbəxtlik parıltısını sadəcə sevdiyimiz insanlar bəxş edə bilər”.

Məlumat üçün bildirək ki, "Qayınana" filminin təqdimatı Flora Kərimovanın tərəf müqabili Samir Mirhəsənovdur. “Caspian Media Group”un istehsalı ilə çəkilən "Qayınana" filminin layihə direktoru və baş prodüseri Hüseyn Cavadzadədir. Filmin rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissoru Dilşad Baxşəliyeva, qrim ustaları Sevda Zeynalova, Səbinə İmanova, icraçı prodüserləri Azər Qasımov və Ömər Abdulkərimovdur. Təqdimat mərasiminin gələn ilin əvvələrində keçirilməsi planlaşdırılıb.

Sabaha olan HAVA PROQNOZU AÇIQLANDI - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR