Bəy toy gecəsi öldü - Gəlinin fəryadı ürək dağladı / FOTOLAR

37 yaşlı bəy toyundan bir neçə saat sonra dünyasını dəyişib.

Metbuat.az milli.az-a istinadla xəbər verir ki, toy gecəsi bəyin cansız bədəni otel otağından tapılıb.

37 yaşlı Danny Emsley-in ölüm səbəbi bilinmir. Polislərin dediyinə görə onun ölümündə şübhəli hal da yoxdur.

Oğlanın ölümünə görə kədərlənən dostları bildirib ki, Danny sağlam idi və daima idmanla məşğul olurdu.

Ərinin ölümünə məyus olan 35 yaşlı Clare status yazaraq fəryad edib:

"Dünən ən xoşbəxt günüm idi. Mənim üçün çox dəyərli olan insanla ailə qurmuşdum. Amma, o, dünyasını dəyişdi. Sanki ürəyimdə böyük bir dəlik açılıb, nəfəs ala bilmirəm. Sənsiz necə yaşayacağımı təsəvvür edə bilmirəm, mənim möhtəşəm ərim".

Hadisə İngiltərədə Linton kəndindəki "Woodhall Spa" otelində baş verib.

Bu tarixdə bütün dünyada internet kəsilə bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR