Probiotikli yoqurtlar depressiyadan qoruyur

Probiotikli yoqurtlar depressiyadan qoruyur
15:08 23 Aprel 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 aprel, AZƏRTAC
Tərkibində probiotiklər olan yoqurtları müntəzəm yemək depressiyanın inkişaf riskini azaldır, ümumi emosional fonu yaxşılaşdırır. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Leyden Universitetinin (Hollandiya) mütəxəssisləri 40 nəfərin iştirak etdiyi tədqiqatın nəticələrinə əsasən bu qənaətə gəliblər.
Alimlər könüllüləri iki qrupa bölüblər: birinci qrup bir ay ərzində plasebo, ikinci qrup isə tərkibində probiotiklər (bifidobakteriyalar və laktobakteriyalar) olan preparat qəbul edib. Özü də bu preparatların dadı bir-birindən seçilməyib. Alimlər tədqiqatın sonunda müəyyən ediblər ki, 4 həftə probiotikli preparatlar qəbul edənlər özlərini daha yaxşı hiss ediblər: onlar xoşagəlməz fikirlərdən uzaq olublar, yuxudan asanlıqla oyanıblar.
Nəzəriyyələrdən birinə görə, bakteriyalar ən incə proseslərə, o cümlədən koqnitiv mexanizmlərə və emosional vəziyyətə təsir göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Probiotikli_yoqurtlar_depressiyadan_qoruyur-849031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR