Şahzadə Yəməni bombalayan pilotlara "Bentley" bağışlayacaq

Şahzadə Yəməni bombalayan pilotlara "Bentley" bağışlayacaq
15:09 23 Aprel 2015
84 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı şahzadəsi Yəmənin bombalanmasında iştirak edən pilotlara sürpriz edəcəyini açıqlayıb. Lent.az-ın “sözcü.com.tr”-yə istinadən məlumatına görə, dünyanın ən varlı şəxslərindən hesab edilən Əl-Vəlid Bin Talal Yəmənə  hava hücumlarında iştirak edən pilotlara dəyəri təqribən 1 milyon 200 min dollarlıq “Bentley” markalı avtomobil hədiyyə edəcəyini açıqlayıb.  

 

Kral Abdullahın yaxın qohumu olan Əl-Vəlid Bin Talal keçən il milli komandanın 25 üzvünə “Bentley” markalı avtomobil hədiyyə etmişdi. Şəhzadənin ümumilikdə 23 milyard dollarlıq sərvəti olduğu açıqlanıb.

 

Qeyd edək ki, Səudiyə Ərəbistanın Yəməndə apardığı əməliyyatlarda 1000-dən çox insan öldürülüb, 4000 yaxın şəxs isə yaralanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR