100 ilin yalanları və faciələri

100 ilin yalanları və faciələri
15:11 23 Aprel 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 23-də “Uydurma “1915-ci il erməni soyqırımından” Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçilir. Yeni Azərbaycan Partiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, azərbaycanlı və türkiyəli tarixçi alimlər iştirak edirlər.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ermənilər artıq neçə illərdir “qondarma soyqırım” haqqında dünyaya yalan məlumatlar yayırlar. Bu məlumatlar heç bir tarixi sənədə əsaslanmır.

Erməni yalanlarının yayılmasının qarşısının alınması və ifşa olunması üçün həm Azərbaycan, həm də Türkiyədə mühüm işlərin görüldüyü deyən M.Qurbanlı bu məsələdə ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlatdı. Bildirdi ki, martın 31-nin azərbaycanlıların soyqırımı günü elan olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlı alimlərin apardıqları araşdırmalar nəticəsində bütün dünyaya məlum oldu ki, guya “soyqırımı”na məruz qaldıqlarını iddia edən ermənilər əslində azərbaycanlılara qarşı ötən əsrdə dəfələrlə amansız soyqırımları törədiblər, xalqımızın əmlakını talan ediblər.

Tədbirdə çıxış edən azərbaycanlı və Türkiyədən gələn alimlər, tarixçilər ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı siyasətindən və törətdikləri terror aktlarından danışıblar.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=339879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR