Avropa komissarı: yaxın onillikdə Aİ-nin genişlənməsi gözlənilmir

Avropa komissarı: yaxın onillikdə Aİ-nin genişlənməsi gözlənilmir
15:13 23 Aprel 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin, 23 aprel, AZƏRTAC
Ən azı yaxın onillikdə Avropa İttifaqını genişləndirmək planlaşdırılmır, amma əlaqədar ölkələr ilə danışıqlar davam edəcək. Bu barədə Avropa İttifaqının genişlənmə və mehriban qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan Berlində üçüncü Şərq Forumunda məlumat verib. Ukrinform Y.Xanın “Yaxın 10 ildə Aİ-yə qəbul olmayacaq” sözlərini sitat gətirib. Avropa komissarı əlavə edib ki, “vəziyyətlə əlaqədar”, bu dövrdə Aİ-yə qəbul “real deyil”. Bununla belə, Avropa komissarı təsəlli verərək deyib: “Bu, o demək deyildir ki, biz danışıqlar aparmırıq”. O deyib: “Bizim vətəndaşlarımızın (Avropa İttifaqı ölkələrinin) buna hazır olmaları üçün namizəd ölkələr iqtisadi nöqteyi-nəzərdən yaxınlaşmalıdırlar”.
Y.Xanın sözlərinə görə, hələlik sorğular göstərir ki, hazırda Aİ-də elə bir ölkə yoxdur ki, onun vətəndaşlarının əksəriyyəti genişlənməyə tərəfdar olsun.
Avropa komissarı bildirib: “Biz yeni üzvün əlavə ödəmələr üçün variant deyil, çox qiymətli üzv olduğunu hamının başa düşməsi üçün məqsədyönlü şəkildə hərəkət etməliyik”.
Avropa Komissiyasının nümayəndəsi ümidvar olduğunu bildirib ki, Avropa İttifaqının növbəti genişlənməsi dövründə “yeni fəsli” məhz Serbiya açacaq.
Y.Xan deyib: “Növbəti dövrdə yeni üzvləri salamlaya bilməyimiz üçün istərdim ki, yeni fəsil açılsın, məsələn, Serbiyadan başlansın”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_komissari_yaxin_onillikde_AI_nin_genislenmesi_gozlenilmir-849032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR