İsveç Aralıq dənizindəki xilasetmə əməliyyatlarında iştirak etməyə hazırdır

İsveç Aralıq dənizindəki xilasetmə əməliyyatlarında iştirak etməyə hazırdır
15:13 23 Aprel 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+


Stokholm, 23 aprel, AZƏRTAC
İsveç Aralıq dənizində aparılan xilasetmə əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib.
Bu fikri İsveçin Baş naziri Stefan Lyöven Avropa İttifaqı (Aİ) ilə əlaqələr üzrə Parlament Komissiyasının üzvləri ilə görüşündə səsləndirib. Stefan Lyöven vurğulayıb ki, Avropa Komissiyası emiqrantların Avropaya leqal yolla keçmələrinə daha çox imkanlar yaradan təkliflər hazırlamalıdır. Baş nazirin fikrincə, belə yollardan biri emiqrantların humanitar viza üçün ərizə vermələrinə imkan yaradılmasıdır. Təcrübədə bu, Aİ-nin üzv ölkələrinin səfirliklərinə ərizə verilməsi deməkdir.
Stefan Lyöven İsveçin Aralıq dənizində aparılan xilasetmə əməliyyatlarında da iştiraka hazır olduğunu, eləcə də İsveç gəmilərinin və təyyarələrinin regionun sahil mühafizəsinə göndərilməsinin mümkünlüyünü də qeyd edib.
Xatırladaq ki, İsveçin Baş naziri miqrantlarla dolu gəminin Aralıq dənizində batması ilə əlaqədar Avropa Şurasının sədri Donald Tusk tərəfindən çağırılmış növbədənkənar sammitdə iştirak edir. Fərqli hesablamalara görə, Afrikanın müxtəlif ölkələrindən təqribən 700-950 miqrant bu qəzanın qurbanı olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvech_Araliq_denizindeki_xilasetme_emeliyyatlarinda_istirak_etmeye_hazirdir-849033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR