Xocavəndli məcburi köçkünlərin tibbi müayinəsi davam edir

Xocavəndli məcburi köçkünlərin tibbi müayinəsi davam edir
15:18 23 Aprel 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+


Beyləqan, 23 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlərin tibbi müayinəsi də uğurla davam edir.
Xocavənd rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva AZƏRTAC-a bildirib ki, müayinələrin uğurla həyata keçirilməsi üçün işçi qrupu və müxtəlif ixtisaslı həkimlərdən ibarət 2 briqada yaradılıb. Beyləqan rayonu ərazisindəki Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Yeni Qaradağlı və 320 ailəlik qəsəbələrdə məskunlaşan xocavəndli məcburi köçkünlərin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında aparılır.
Fevralın 2-dən indiyədək rayon üzrə 7943 nəfər sakin müayinə olunub. 157 nəfər ambulator, 22 nəfər stasionar müalicəyə cəlb edilib, 9 nəfər müalicə almaq üçün Bakı şəhərinə göndərilib. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr lazımi dərman preparatları ilə təmin olunurlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xocavendli_mecburi_kochkunlerin_tibbi_muayinesi_davam_edir-849037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR