Play Store

“Rabitəbank”ın Master Card istifadəçiləri Nyu-Yorka səyahət şansı əldə edəcəklər

“Rabitəbank”ın Master Card istifadəçiləri Nyu-Yorka səyahət şansı əldə edəcəklər
14:18 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
“Rabitəbank” ASC-nin “Master Card” istifadəçiləri alış-veriş zamanı “Qiymətsiz üstünlüklər” adlı tirajlı stimullaşdırıcı lotereyanın iştirakçısı olmaqla müxtəlif hədiyyələr qazana bilərlər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aprelin 3–dən iyulun 3-dək keçirilən lotereyada “Master Card”la nağdsız POS terminallar və ya elektron olaraq həyata keçirilən və dəyəri 1 AZN və daha yuxarı olan bütün əməliyyatlar kart sahibinə uduş şansı yaradır. Əməliyyatlar “Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində partnyorlar sırasına daxil olan məkanlarda aparılmalıdır. Biletlər virtual şəkildə avtomatik olaraq müştərilərin iş kodlarının əsasında müəyyənləşir. Həyata keçirilən 1 nağdsız əməliyyat bir bilet şansı qazandırır, biletlər əməliyyatların sayına uyğun olaraq formalaşır - 15 ödəniş edən müştəri 15 bilet şansı əldə edir.
Lotereyada qalib olan müştərilərə 8 ədəd iPhone6, 20 ədəd hər biri 100 AZN məbləğində hədiyyə sertifikatı, və uduş fondunun ən dəyərli hədiyəsi olan Nyu-Yorka iki nəfərlik səyahət paketi hədiyyə olunacaq. Hədiyyə sertifikatları yalnız partnyorların şəbəkədaxili mağazalarında istifadə oluna bilər.
Səyahət paketə iki nəfərlik dörd gecəlik dörd ulduzlu otel qonaqlaması və aeroport-şəhər-aeroport transfer xərcləri daxil olmaqla iki nəfərlik Bakı-Nyu-York gediş-gəliş aviabileti, bələdçi müşayiəti ilə Nyu-York şəhəri turu, həmçinin MasterCard ilə alış-veriş üçün 1000 AZN MasterCard tərəfindən qalibin plastic kartina təmin ediləcəkdir. Uduşlar pul ilə əvəzlənə bilməz.
Qaliblərin seçimi iyulun 10-da “McCann Erickson” tərəfindən xüsusi proqram vasitəsilə təsadüfi seçim prinsipi əsasında həyata keçiriləcək.
Ətraflı məlumatı MasterCard şirkətinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabitebankin_Master_Card_istifadechileri_Nyu_Yorka_seyahet_sansi_elde_edecekler-849036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR