Uşağı olmayan bibi hər kəsi şoka saldı

Uşağı olmayan bibi hər kəsi şoka saldı
15:21 23 Aprel 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə 15 günlük körpə bibisi tərəfindən qaçırılıb. ANS PRESS-in məlumatına görə, hadisə Qaziantepdə baş verib.

İki uşaq sahibi Əli və Əminə cütlüyünün yaşadıqları evin yataq otağında naməlum səbəbdən yanğın baş verir. Əminə körpəsinin tüstüdən boğulmasının qarşısını almaq üçün, onu evin küçəyə açılan qapısının önünə qoyur. Bir müddətdən sonra uşağın yoxa çıxdığını görən ana, bu barədə polisə xəbər verib.

Ana Ayaz adlı körpənin qaçırıldığını dedikdən sonra polis hərəkətə keçibr və ilk olaraq məhəllədə yaşayanların ifadəsini alıb.

Yanğından sonra körpə ilə bibisi 28 yaşlı Birsel Göralın da ortalıqda görünməməsi şübhə yaradıb. Birsel Göral Adanada qızlar yataqxanasında müdir vəzifəsində çalışır. Polislər qadının ora gedə biləcəyini dəyərləndirib, avtovağzaldakı müşahidə kameralarını yoxlayıblar. Görüntülərin köməkliyi ilə qadının mindiyi avtobus müəyyən edilib.

Polislər Birsel Göral ilə Ayazın içində olduğu avtobusu Adanaya çatmadan durdura biliblər. Bibini nəzarətə alan polis əməkdaşları 15 günlük Ayazı Qazientep Uşaq Xəstəxanasında müayinədən sonra ailəsinə təhvil veriblər.

Gənc qadın ilk ifadəsində günahını etiraf edib. O, 5 ildir evli olmasına baxmayaraq uşaq sahibi ola bilmədiyi üçün Ayazı Adanadakı evinə qaçırdığını söyləyib.

Hazırda uşağı qaçıran bibinin yanğında əlinin olub-olmadığını araşdırılır.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=339860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR