Play Store

Serjə dost şapalağı

Serjə dost şapalağı
14:21 23 Aprel 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

İrəvanda sabah keçiriləcək qondarma erməni soyqırımı tədbirləri ilə bağlı erməniləri üzəcək daha bir xəbər yayılıb. Ermənistanın ikinci prezidenti Robert Koçaryan qondarma soyqırımı tədbirlərinə qatılmayacaq.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu sabiq prezidentin ofisindən bildiriblər. Koçaryanın əməliyyata məruz qaldığı deyilir. Ancaq erməni şərhçilər Koçaryanın əməliyyatı bəhanə edərək İrəvana bir neçə gün gec gələcəyini düşünürlər. Sabiq prezidentin yüngül əməliyyat olunduğunu və bu əməliyyatın İrəvana 24-ü gəlməmək üçün səbəb olmadığı deyilir. Robert Koçaryanın "soyqırım tədbirləri"nə "dostu" Serj Sarkisyanla fikir ayrılığında olduğu üçün qatılmayacağı bildirilir. Bəzi erməni politoloqlarının yazdığına görə, Koçaryan belə addım atmaqla Sarkisyanın yanında olmadığını mümayişkaranə şəkildə göstərmək istəyir.

Qeyd edək ki, ermənilər sabah keçiriləcək qondarma erməni soyqırımı tədbirlərində iştirak üçün 120 dövlət başçısına dəvət göndərsələr də cəmi 4 nəfərdən müsbət cavab alıblar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=339915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR