"Günəşli"də yeni quyu qazılır

"Günəşli"də yeni quyu qazılır
15:23 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend/

“Günəşli” yatağındakı 11-ci özüldən 344 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, layihə dərinliyi 3100 metr olan quyu “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 60 ton neft hasil ediləcək.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2387226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR