Sabah ölkə ərazisində yağmurlu hava şəraiti gözlənilir

Sabah ölkə ərazisində yağmurlu hava şəraiti gözlənilir
14:23 23 Aprel 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Aprelin 24-də Abşeron yarımadasında güclü xəzri küləyi və ayın 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hiss yarada bilər. Aprelin 26-da əlverişli komfort hava şəraiti gözlənilir.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 4-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sabah_olke_erazisinde_yagmurlu_hava_seraiti_gozlenilir-849038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR