Neftin qiyməti kəskin düşdü

Neftin qiyməti kəskin düşdü
05:51 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Neftin qiyməti bazar ertəsi 5 faiz də enərək son altı ildə ən aşağı həddə çatıb.

ANS PRESS-in məlumatına görə, Brent markalı neftin qiyməti 2, 68 dollar endikdən sonra bir barrelin qiyməti hazırda 47, 43 dollardır.

Ekspertlər qiymətlərin 40 dollardan da aşağı enə biləcəyini proqnozlaşdırırlar və bildirirlər ki, ucuzlaşma gözlənildiyindən daha sürətlə baş verir.

“Goldman Sachs” investisiya şirkəti qiymətin bundan sonra da enməkdə olacağını proqnozlaşdırıb. Ötən həftə ərzində qiymət enişi az-çox dərəcədə sabit olsa da, Goldman üç aylıq proqnozunu verdikdən sonra ucuzlaşma yenidən sürətlənib.

Bu arada OPEC-in əsas üzvləri olan Səudiyyə və Körfəz ölkələri istehsalı azaltmamaq qərarında qalmaqda davam edirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=319319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR