Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin türk tarixinin ən şanlı səhifəsi olduğunu bildirib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
O, qeyd edib: "Çanaqqala şəhidlərini ziyarət etsəniz, onların arasında Bakı, Tbilisi, ümumiyyətlə, bütün Qafqazdan olanları da görəcəksiniz".
Xatırladaq ki, Çanaqqala zəfərinin 100-cü ildönümü aprelin 24-də qeyd olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Bizi Twitter-dən izləyin: @trend_az